...

Su anbarında qanunsuz balıq ovlayanlar tutuldu

Cəmiyyət Materials 27 İyul 2023 15:18 (UTC +04:00)
Su anbarında qanunsuz balıq ovlayanlar tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasında, Kür çayının Neftçala rayonu, Təngərüdçayın Astara rayonu ərazisindən keçən hissəsində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakini Bəhruz Mahmudov, Yevlax rayon sakini Samir Rəsulov, Neftçala rayon sakinləri Əlvan Cahangirov, Pərviz Əliyev, Astara rayon sakini Gülverdi Baxşiyev və Mingəçevir şəhər sakini Natiq Qənbərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Onun sözlərinə görə, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Xidmət rəsmisi onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Qazax və Neftçala rayonları ərazisindən keçən hissəsindən 1080 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti