...

3 yaşlı uşaq qeyri-insani rəftara məruz qaldı - Nənəyə cinayət işi açıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 11 Avqust 2023 17:15 (UTC +04:00)
3 yaşlı uşaq qeyri-insani rəftara məruz qaldı - Nənəyə cinayət işi açıldı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Trend xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov açıqlayıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

xxx

11:22

Sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Bunu Trend-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub:

"Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib.

İlkin müayinə zamanı azyaşlının fiziki və psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti