...

Azərbaycandakı pensiyaçıların sayı əhalinin 10,8 faizini təşkil edir

Cəmiyyət Materials 15 Avqust 2023 05:34 (UTC +04:00)
Azərbaycandakı pensiyaçıların sayı əhalinin 10,8 faizini təşkil edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti