...

30 yaşlı kişini qəsdən öldürənin məhkəməsi başlayır

Cəmiyyət Materials 17 Avqust 2023 16:22 (UTC +04:00)
30 yaşlı kişini qəsdən öldürənin məhkəməsi başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, aprelin 23-də Biləsuvar rayon sakini 1986-cı il təvəllüdlü Vüsal İlhamlının öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfət Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti