...

Hər zaman babamı itkin kimi bilirdim, amma artıq bir ziyarət yerimiz var - Əkbər Qasımov

Cəmiyyət Materials 23 Avqust 2023 14:58 (UTC +04:00)
Hər zaman babamı itkin kimi bilirdim, amma artıq bir ziyarət yerimiz var - Əkbər Qasımov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

31 ildən sonra babamın şəhid cənazəsi gəldi çıxdı.

Trend xəbər verir ki, bunu dəfn zamanı Gülverdi Hüseynovun nəvəsi Əkbər Qasımov jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu xəbər bizi həm sevindirdi, həm kədərləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər zaman babamı itkin kimi bilirdim, amma artıq bir ziyarət yerimiz var", - deyə Ə.Qasımov əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.

Bu gün dəfn olunanlardan biri də Hüseynov Gülverdi Ağahüseyn oğludur. O, Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunub. 1951-ci il təvəllüdlü Gülverdi Hüseynov 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti