Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Trend-ə verilən məlumata görə, avqustun 28-də aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/az/xeberler/qanunsuz-heyvan-kesiminin-qarsisinin-alinmasi-istiqametinde-tedbirler-davam-etdirilir-28-avqust linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.