...

31 il həsrətlə yaşamaq çox çətindir - Qarabağ müharibəsi itkininin bacısı

Cəmiyyət Materials 30 Avqust 2023 14:09 (UTC +04:00)
31 il həsrətlə yaşamaq çox çətindir - Qarabağ müharibəsi itkininin bacısı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mənim də qardaşım Abbas Behbudov 1-ci Qarabağ müharibəsində Zənginlan rayonu uğrunda gedən döyüşlərdə ikin düşüb. Bugünə qədər onun talleyi haqqında heç bir məlumat yoxdur.

Bunu Trend-ə “Qarabağ İtkin ailələri” İctimai Birliyinin sədri, itkin Abbas Behbudovun bacısı Könül Behbudova deyib.

O bildirib ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür.

“Biz itkin ailələri ilə birlikdə öz itkin əzizlərimizi anmaq üçün Şəhidlər Xiyabanına gəlmişik. 31 il gözü yolda qalmaq, 31 il həsrətlə yaşamaq çox çətindir. Bizim əzizlərimiz gözləri yolda dünyalarını dəyişiblər.

Biz itkinlərimizi hər zaman anırıq. Ermənistan bizim həm hərbçilərimizə, həm mülki insanlara qarşı vəhşiliklər törədiblər. Heç zaman bunu unutmayacağıq”, - deyə o, qeyd edib.

K.Behbudova vurğulayıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi isə Azərbaycan xalqına qarşı vəhşilik törətmiş ermənilərin Ermənistana aparılmasına yardım edirlər.

“Biz bunu pisləyirik. Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi Bakı ofisinə tabe olmalıdır. Bu təşkilat tərəf saxlamamalıdır. Bizim bu qədər itkinlərimiz var ancaq Ermənistan tərəfi itkinlərimiz və onların kütləvi məzarlıqları barədə məlumat vermirlər. Biz itkin ailələləri 31 ildir yol gözləyirik. Onların talehi barədə məlumat bilmək bizim haqqımızdır”, - deyə Birliyin sədri əlavə edib.

Qeyd edək ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti