...

Göygöldə ət kəsimi və satışı məntəqələrində monitorinq keçirildi

Cəmiyyət Materials 31 Avqust 2023 13:31 (UTC +04:00)
Göygöldə ət kəsimi və satışı məntəqələrində monitorinq keçirildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, avqustun 30-da aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti