Bakı. Trend:
Türkiyənin DHA xəbər agentliyi Azərbaycanın Qarabağda yaşayan erməni əsilli sakinlərə göndərdiyi ərzaq yükü işıqlandırıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, DHA xəbər agentliyi Azərbaycanın Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yükü göndərdiyi Ağdam-Xankəndi yoluna jurnalistlər göndərib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.