...

Azərbaycanın daha iki hərbi qulluqçusu yaralanıb

Cəmiyyət Materials 1 Sentyabr 2023 10:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha iki hərbi qulluqçusu yaralanıb.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Qeyd edək ki, bu gün (senytabrın 1-i) Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti