Bakı. Trend:
Tədrisi digər dillərdə olan məktəblərdə şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı bildirib.
“Bunu müəyyənləşdirməyə çalışırıq ki, problem məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk. Növbəti tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. Heç bir fənnin tədrisinə ikincidərəcəli baxmaq olmaz. Azərbaycan dili fənninə isə heç olmaz”, - nazir deyib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.