...

Kəlbəcərdə bu tarixədək 3450 ev istismara veriləcək

Cəmiyyət Materials 7 Sentyabr 2023 11:26 (UTC +04:00)
Kəlbəcərdə bu tarixədək 3450 ev istismara veriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 2023-cü ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub.

"Cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 faiz) ərazinin minalardan təmizlənməsi həyata keçirilib. Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.

İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin inşası həyata keçiriləcək. Bütövlükdə tikiləcək evlərə ilki 2024-cü ildə olmaqla, Kəlbəcər şəhərinə 5268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12534 nəfər əhalinin köçürülməsi planlaşdırılır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti