...

Bakıda 151 məktəbdə keyfiyyət monitorinqi aparılıb (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2023 11:34 (UTC +04:00)
Bakıda 151 məktəbdə keyfiyyət monitorinqi aparılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsildən kənarda qalan 121 şagird fərdi təhsilə cəlb olunub.

Trend xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 151 məktəbdə keyfiyyət monitorinqi aparılıb:

"70 məktəbin fəaliyyət planı hazırlanıb. Bütün məktəblərdə payız-qış mövsümü ilə bağlı monitorinqlər keçirilib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti