...

Rəşad Nəbiyev Astarada vətəndaşları qəbul edib

Cəmiyyət Materials 11 Sentyabr 2023 15:51 (UTC +04:00)
Rəşad Nəbiyev Astarada vətəndaşları qəbul edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 11 sentyabrda Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti