...

Marşrut xətlərinə əlavə 112 avtobus verilib

Cəmiyyət Materials 11 Sentyabr 2023 17:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətlərini təhlil edib və marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb.

Trend AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur.

“Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti