...

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2023 20:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.

Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti