...

Azərbaycanda əhalinin sayı AÇIQLANIB

Cəmiyyət Materials 13 Sentyabr 2023 17:43 (UTC +04:00)
Azərbaycanda əhalinin sayı AÇIQLANIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10157406*) nəfər təşkil edib.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti