Bakı. Trend
Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsində çökmə ehtimalı yaranıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.