...

İşçilərin hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

Cəmiyyət Materials 28 Sentyabr 2023 11:17 (UTC +04:00)
İşçilərin hüquqlarını pozan şirkət 20 min manat cərimələndi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İşçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Trend xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, “Şirvan-Xidmət” ASC tərəfindən işçilərin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Şirvan şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti