...

Beynəlxalq audit təşkilatının işçi qrupunun illik toplantısı Bakıda keçiriləcək

Cəmiyyət Materials 28 Sentyabr 2023 19:50 (UTC +04:00)
Beynəlxalq audit təşkilatının işçi qrupunun illik toplantısı Bakıda keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

EUROSAI WGEA-nın (Ali Audit Qurumlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu) illik toplantısı gələn il Azərbaycanda keçiriləcək.

Trend Hesablama Palatasına istinadən xəbər verir ki, bununla bağlı qərar EUROSAI WGEA-nın Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən illik toplantısında verilib.

Toplantıda Hesablama Palatası dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov, həmin şöbənin böyük məsləhətçisi Nazim Nağdəliyev və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva təmsil ediblər.

Tədbirdə iqlimdə və ətraf mühitdə baş vermiş dəyişikliklər və onların təsirləri, eyni zamanda dayanıqlı enerji, bərpaolunan enerji, enerji effektivliyi, havaya istixana qazlarının buraxılmasının azaldılması sahəsində görülən işlər barədə təqdimatlar edilib, həmçinin mövzulara uyğun olaraq seminarlar şəklində müzakirələr aparılıb.

Qeyd edək ki, EUROSAl WGEA-nin illik toplantısında üzv AAQ-lardan 70-dən çox nümayəndə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti