...

Qənirə Paşayeva dəfn edildi (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 29 Sentyabr 2023 11:02 (UTC +04:00)
Qənirə Paşayeva dəfn edildi (FOTO/VİDEO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

Trend xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

xxx

10:58

Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilir.

Trend xəbər verir ki, Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib.

Hazırda Qənirə Paşayeva Il Fəxri xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti