Bakı. Trend:
İqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən
biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq
sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin
prioritet məqsədlərindən biridir.
Trend xəbər verir ki, bunu
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda 2-ci
Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Nazir Bakı şəhərinin yaşıllıqlarının xeyli artırılacağını
deyib:
"Həmçinin Bakı bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq".
Qeyd edək ki, “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.