...

“Energetika haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiq edildi

Cəmiyyət Materials 2 Oktyabr 2023 16:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Energetika haqqında” yeni qanununun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, yeni qanun layihəsi Milli Məclisinin bu gün keçirilən iclasında deputatların müzakirəsinə təqdim edilib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti