...

Bərdədə mikroavtobusla minik maşını toqquşdu - Yaralılar var (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2023 10:32 (UTC +04:00)
Bərdədə mikroavtobusla minik maşını toqquşdu - Yaralılar var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub.

Trend xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10-XB-318 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı "VAZ2104" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər - Bərdə rayon Uğurbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmova Sevda Şükür qızı və onun həmkəndlisi, 1961-ci il təvəllüdlü Məhərrəmova Cəmilə Möhsün qızı xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti