...

Daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır

Cəmiyyət Materials 5 Oktyabr 2023 17:24 (UTC +04:00)
Daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 22-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda Yevlax rayonundakı "Qaraoğlan" qum yatağı 1 Lot üzrə satışa çıxarılacaq.

Başlanğıc qiyməti 42 560 manat olan yatağa sahib olmaq üçün iddiaçılar lazımi sənədləri 14 noyabr saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10 % beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A) tel: (012) 505 97 82;83;84 (dax:108).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti