...

Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 9 Oktyabr 2023 11:30 (UTC +04:00)
Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 10-da prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Rəsmi məlumata görə, imtahanda iştirak etmək üçün 329 nəfər qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (metronun “8 Noyabr” stansiyasının yanı) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat DİM-in saytında imtahana yazıldıqdan sonra sistem tərəfindən bildiriş formasında avtomatik təqdim olunub.

İmtahanda iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 sentyabr 2023-cü il tarixində Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti