...

Mingəçevir Dövlət Universiteti Türkiyədə keçirilən beynəlxalq konqresdə tərəfdaş olub

Cəmiyyət Materials 14 Oktyabr 2023 01:24 (UTC +04:00)

Bakı. Trend:

Mingəçevir Dövlət Universiteti (MDU) Konyada Beyşehirdə Səlcuq Universiteti Beyşehir Ali Akkanat Turizm fakültəsinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilmiş I Beynəlxalq Göl Turizmi və Turizmdə Mövcud Trendlər Konqresinə (1st Internatıonal Lake Tourism And Current Trends In Tourism Congress – ILTC 2023) tərəfdaşlıq edib.

Universitetdən Trend-ə bildiriblər ki, turizm sahəsində tanınmış adları, nüfuzlu alimləri, peşəkarları və maraqlı tərəfləri bir araya gətirən ILTC 2023 turizm, göl turizmi, davamlılıq həlləri, rəqəmsal transformasiya və gələcək tendensiyalarla bağlı digər bir çox aktual mövzuları əhatə edib.

Konqresin sədri, Beyşehir Ali Akkanat Turizm fakültəsinin dekanı professor Abdullah Karamanın açılış nitqi ilə başlayan bu mötəbər tədbirdə Massaçusets Universitetindən professor Müzəffər Uysal, Türk-Alman Universitetindən professor Ruhet Genç, Əbu-Dabi Qadın Kollecinin Ali Texnologiyalar Kollecindən Katia İankova, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müşaviri Hayri Çavuşoğlu əsas məruzəçi qismində çıxış ediblər. Məruzələrdə turizm sənayesinin yeni trendlərindən, turizmin inkişafında dövlətin və ictimaiyyətin rolundan, göllərin destinasiya olaraq əhəmiyyətindən və göl turizminin perspektivlərindən bəhs olunub.

Bundan əlavə, ILTC 2023 çərçivəsində Türkiyədə ilk dəfə olaraq “Bələdiyyə Başçılarının Xüsusi Sessiyası” da baş tutub.

Sessiyada Konyanın Beyşehir Bələdiyyə başçısı Adil Bayındır, Uzundərə Bələdiyyə başçısı Hilmi Aktoprak, Ahlat Bələdiyyə başçısı Abdulalim Mümtaz Çoban və Ermenek Bələdiyyə başçısı Mustafa Bozcu çıxış edərək bölgədə göl turizminin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Sonra Konqres işini panel sessiyalarda çıxışlar və müzakirələrlə davam etdirib.

Konqres çərçivəsində, həmçinin sərgi və tur proqramı təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti