...

Toponimlərlə bağlı elektron baza yaradılır

Cəmiyyət Materials 31 Oktyabr 2023 12:54 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Toponimlərlə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.

Trend-in məlumatına görə, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.

Qeyd edək ki, Milli Məclisin Regional Məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri və digər qonaqlar iştirak edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti