...

Ölkənin hava proqnozını öyrənmək üçün mobil tətbiq istifadəyə veriləcək

Cəmiyyət Materials 4 Noyabr 2023 12:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hava şəraiti ilə bağlı proqnozu öyrənmək üçün “Meteo az” mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.

Trend bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. “Meteo az”ın həm "Android", həm də iOS platformaları üzərindən fəaliyyət göstərəcək versiyaları hazırlanacaq. Hava proqnozlarına dair açıq məlumat servisinin, eləcə də “Rəqəmsal Ekologiya Vahid İnformasiya Sistemi”nin ”Meteoroloji Məlumatlar” modulunun hazırlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti