...

Azad edilmiş ərazilərdən ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Cəmiyyət Materials 6 Noyabr 2023 15:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (oktyabrın 30-dan noyabrın 5-ə) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 649 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1536,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti