...

Ötən sutka 15 silah-sursat götürülüb - DİN

Cəmiyyət Materials 10 Noyabr 2023 10:10 (UTC +04:00)
Ötən sutka 15 silah-sursat götürülüb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 9-da qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, ötən sutka ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti