...

Mingəçevirdə qanunsuz odlu silah saxlayanlar aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2023 02:03 (UTC +04:00)
Mingəçevirdə qanunsuz odlu silah saxlayanlar aşkarlanıb (FOTO)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması və qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində protokol tərtib olunub.

Şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində isə şəhər sakinlərindən qanunsuz olaraq saxladıqları 2 ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti