Bakı. Trend:
Azərbaycana bu cür əhəmiyyətli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.
Trend xəbər verir ki, bu barədə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib
“Gender bərabərliyi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm addımdır. Biz hazırda olduqca transformativ mərhələdəyik. Bu konfrans gələcək baxımından qadınlar üçün yeni fürsət olacaq”,- deyə o əlavə edib.
Vladanka Andreyeva bildiıib ki, BMT Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi ideyasını fəal şəkildə dəstəkləyir: Qadın hüquqlarının təmin edilməsi məsələsi BMT-nin gündəliyinin ayrılmaz hissəsidir. Bu gün biz gender bərabərliyi məsələsində dialoq üçün hər cür platformadan istifadə etməliyik.
Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət nəticələr gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərə ilham verə bilər".
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.