...

Qrip nə üçün gec sağalır? - SN AÇIQLADI

Cəmiyyət Materials 22 Noyabr 2023 15:51 (UTC +04:00)
Qrip nə üçün gec sağalır? - SN AÇIQLADI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qrip “influenza” virusunun təsiri ilə ortaya çıxdığı halda, soyuqdəymə olduğumuz mühitdə soyuq-isti balansının pozulması ilə yaranır.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev məlumat verib.

O qeyd edib ki, qripin gec sağalması çox vaxt düzgün olmayan dərman qəbulu zamanı ortaya çıxır və uyğun olmayan dərman qəbulu orqanizmin sağalmasını gecikdirir.

Həkim-terapevt eyni zamanda bildirib ki, antiobiotiklərdən əsasən bakterial mənşəli infeksion xəstəliklərdə istifadə edirik.

"Bu xəstəliklərlə yanaşı, bəzi virus xəstəlikləri də özünü oxşar simptomatika ilə büruzə verə bilir. Belə olan halda sadəcə simptomlara əsaslanaraq eyni antibiotikdən istifadə olunması yolverilməzdir, çünki virus mənşəli xəstəliklərdə antibiotiklər effektsizdir. Sadəcə virus yox, eləcə də bakteriya mənşəli xəstəliklərə baxsaq görərik ki, bir xəstəliyi bir yox bir neçə bakteriya törədə bilir və hərəsinə uyğun antibiotiklər fərqlidir. Belə hallarda antibiotik istifadəsi bakteriyalarda antibiotikə qarşı rezistentlik yaradır və gələcəkdə xəstənin müalicəsində böyük çətinliklərə gətirib çıxarır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti