...

Oğuzda uşaq bağçası yandı (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2023 09:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz şəhər ərazisindəki körpələr evi-uşaq bağçasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, gecə saatlarında yanğınla bağlı məlumat daxil olub.

Dərhal FHN-in Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Yanğın yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi nəticəsində söndürülüb, eyni zamanda, yaxınlıqdakı yardımçı tikililər yanğından mühafizə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti