...

Özbəkistanın donor təsisatları ilə əməkdaşlıq memorandumları imzalanacaq - Aygün Əliyeva

Cəmiyyət Materials 27 Noyabr 2023 14:33 (UTC +04:00)
Özbəkistanın donor təsisatları ilə əməkdaşlıq memorandumları imzalanacaq - Aygün Əliyeva
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Son illərdə Azərbaycanın Özbəkistanla əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, iki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir:

"Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı iki ölkənin dövlət başçılarının birbaşa dəstəyi ilə günü-gündən yüksək dinamika ilə daha da möhkəmlənir. Bu xüsusda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığı da çox önəmlidir. Bu əməkdaşlığı daha da inkişaf etdirmək və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək üçün Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Özbəkistanın 30 məfərlik nümayəndə heyəti ölkəmizdə səfərdədir".

A.Əliyeva əlavə edib ki, nümayəndə heyətində Özbəkistanın Prezident administrasiyası, aidiyyəti dövlət qurumları, nüfuzlu QHT-lər və media nümayəndələri təmsil olunur:

"Səfərin əhatə edəcəyi 5 gün ərzində bir çox dövlət və qeyri-dövlət qurumlarında görüşlər, Özbəkistanda fəaliyyət göstərən Agentliyin tərəfdaşı olan donor təsisatları ilə əməkdaşlıq memorandumlarının imzalanması, qeyri-hökumət təşkilatlarının ofislərinə səfərlər, Bakının və Şuşanın tarixi yerlərinə səfər və Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulub.

Sözügedən Forumun keçirilməsi üçün Özbəkistanın Azərbaycana hədiyyə etdiyi Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 N-li tam orta məktəb seçilib. Forum çərçivəsində maraqlı müzakirələr, təcrübə mübadiləsi olacaq və sonda hər iki qhtlərinin təşəbbüsü ilə ölkə başçılarına müraciət ünvanlanacaq".

Qeyd edək ki, Füzuli şəhərində təşkil olunan forum Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə baş tutub. Forumda iki ölkənin 100-dən çox QHT nümayəndəsi iştirak edir. Toplantıda Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan və Özbəkistan Respublikasının Dövlət Himnlərinin səsləndirilib. Azərbaycan-Özbəkistan əlaqələrini nümayiş etdirən videoçarx nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti