...

Bakı Dəmiryol Vağzalındakı ticarət mərkəzində yanğın olub (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Noyabr 2023 17:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin elektrik paylayıcısında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

xxx

17:09

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.

Trend xıəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti