...

Xaçmazın Yeni Həyat qəsəbəsində sakinlərlə görüş keçirilib

Cəmiyyət Materials 28 Noyabr 2023 17:31 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Yeni Həyat qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda Yeni Həyat İnzibati Ərazi Dairəsi üzrə nümayədələriyinə daxil olan Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Yeni Həyat qəsəbəsində Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzüblər.

Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, təbii qazın təzyiqinin artırılması, rabitə, internet və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti