Bakı. Trend:
Zaqatalada 21 yaşlı oğlan babasını bıçaqlayıb.
Trend xəbər verir ki, Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni mənzildə yaşayan babası, 1946-cı il təvəllüdlü Yaşar İbrahimova bıçaqla xəsarət yetirib.
21 yaşlı gəncin aralarında yaranan mübahisə zamanı babasını yaraladığı bildirilib. Gənc şizofreniyadan əziyyət çəkir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.