...

Dubayda "COP28" konfransı işinə başlayacaq

İqtisadiyyat Materials 30 Noyabr 2023 10:46 (UTC +04:00)
Dubayda "COP28" konfransı işinə başlayacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Dubay. Trend:

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – "COP28" konfransı işinə başlayacaq.

Trend xəbər verir ki, konfrans çərçivəsində həmçinin, Kioto Protokolunun (CMP) tərəflərinin 18-ci Görüşü (CMP) və Paris Sazişi (CMA) tərəflərinin 5-ci Görüşü planlaşdırılıb.

Dekabrın 12-dək davam edəcək "COP28" konfransında Azərbaycan ilk dəfə pavilyonla təmsil olunacaq.

Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edəcək.

İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və bu sahədə digər layihələr barədə məlumat veriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti