...

Xaçmazda “Nə qədər ki, Azərbaycan var, mən də varam” adlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2023 17:39 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” adlı elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara və Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçirilib.

Rəsmi hissədə Dövlət Himni səsləndirilib. Ümumilli Lidrimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Heydər Əliyev və şanlı Zəfər tariximiz” filmi nümayiş etdirilib.

Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Bildirib ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni uğurlar əldə etdiyi xüsusi vurğulanıb.

Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və digər çıxış edənlər dahi şəxsiyyətin şərəfli ömür yoluna nəzər yetirib. Qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Əminliklə vurğulanıb ki, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti