...

Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunan bədii-sənədli film "Mədəniyyət" kanalında yayımlanıb

Cəmiyyət Materials 9 Dekabr 2023 12:25 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunan bədii-sənədli film "Mədəniyyət" kanalında yayımlanıb

Bakı. Trend:

Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunan bədii-sənədli film 8 dekabr saat 20:00-da "Mədəniyyət" kanalında yayımlanıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, "Sülh adası" bədii-sənədli filmi Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunub. Film iki hissədən ibarətdir.

İzləyicilər filmdə həm Şimali Kiprin görməli məkanlarına, həm də tarixi abidələrinə tanıqlıq edəcəklər.

Filmin ideya müəllifi və layihə rəhbəri Mahir Qəribov, ssenari müəllifi və aparıcı Turan Uğur, rejissor Bəhram Yaqublu, quruluşçu operator Ramil Qoca, musiqi tərtibatçısı Mehparə Nəcəfovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti