Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.