...

Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır

Cəmiyyət Materials 16 Dekabr 2023 13:17 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mediasiyanın tətbiqi dairəsi dəyişir.

Trend xəbər verir ki, bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır.

Qeyd edilib ki, dəyişikliklər kommersiya mübahisələrinin Milli Məclisə təqdim edilmiş “Arbitraj haqqında” qanun layihəsində əks olunan mübahisələrin alternativ həll vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həll mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir.

Layihədə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.

Xəbər lenti

Xəbər lenti