...

Azad edilən ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri inşa ediləcək

Cəmiyyət Materials 21 Dekabr 2023 10:41 (UTC +04:00)
Azad edilən ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri inşa ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilən ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQac) ofisləri inşa ediləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib.

"Belə ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir", -deyə o bildirib.

İcraçı katib anti-terror tədbirlərindən sonra AzQAC-ın humanitar siyasətin parçası olaraq, Qarabağ İqtisadi rayonunda yaşayan əhaliyə yardımın edilməsi məsələsini də xüsusilə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.

İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti