...

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Cəmiyyət Materials 23 Dekabr 2023 02:42 (UTC +04:00)
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.

Trend xəbər verir ki, səfirlik bununla əlaqədar olaraq Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Müraciətdə deyilir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti