...

Tovuzda ağır qəza - Ölən və yaralananlar var (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2023 09:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda yol qəzası baş verib. Hadisə rayonun Düzcırdaxan kəndinin girişində qeydə alınıb.

Trend xəbər verir ki, VAZ markalı iki minik maşını toqquşub.

Qəza zamanı 62 yaşlı Ağstafa rayon Həsənsu kənd sakini Mədətov Razim İsrafil oğlu ölüb.

Goranboy sakini 28 yaşlı Məmmədov Valodya Zəfər oğlu, 54 yaşlı Ağstafa rayon sakini, Həsənova Gülarə Məhəmməd qızı, 34 yaşlı Əhmədova Elvira Elxan qızı,3 yaşlı Əhmədova Elina Arif qızı, 1 yaşlı Əhmədova Həvvanur Arif qızı xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti