...

Elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir

Cəmiyyət Materials 26 Dekabr 2023 10:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 1-dən elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

Hazırda isə 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.

Xəbər lenti

Xəbər lenti