...

Kəskin soyuqlar istilik probleminə yol açır?

Cəmiyyət Materials 15 Yanvar 2024 14:39 (UTC +04:00)
Kəskin soyuqlar istilik probleminə yol açır?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və regionlarda havanın qarlı və şaxtalı olması bir çox ərazilərdə istilik mövzusunu qabardıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən bildiriblər ki, Bakı şəhəri və respublikanın regionlarında balanslarında olan 561 qazanxana və 88 istilik məntəqəsi fəaliyyət göstərməklə xidmət zonasına daxil olan 3863 yaşayış binası, 184 minə yaxın mənzil, 285 orta məktəb, 158 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlər fasiləsiz olaraq istiliklə təmin edilməkdədir.

"İstehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün vətəndaş müraciətləri əsasında qeydə alınan ərazilərə baxış keçirilir və vətəndaşların problemlərinə tam nail olunur.

Hazırda 956 çağrı mərkəzi vasitəsiylə, sosial şəbəkələr həmçinin elektorn ünvanlarımız və azeristilik.gov.az saytı vasitəsiylə vətəndaş müraciətlərinin qeydə alınması aparılır.

Qazanxanalarda və yaxud ərazilərdə qeydə alınan problemlər dərhal rəhbərliyə bildirilir və əməkdaşlarımız həmin ərazilərə göndərilərək problemin həllinə nail olması üçün müvafiq addımlar atılır", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti