...

Yevlaxda yaşayış binasında yanğın olub

Cəmiyyət Materials 8 Fevral 2024 09:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda yaşayış binasında yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin mətbəxində 1,5 m² sahədə mebel yanıb.

Mətbəxin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti